İNFORMATİKA BİABIRÇILIĞI – “Milyonlar hara xərclənib? Çəkilin, bu yoldan!”backend

İNFORMATİKA BİABIRÇILIĞI “Milyonlar hara xərclənib? Çəkilin, bu yoldan!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənaətbəxş olmayıb. Ən yüksək nəticə göstərən şagirdimiz Müasir Lisey Təhsil Kompleksinin şagirdi Səid Nəsibov 163 balla bürünc medal qazanıb. Bu dəyərli şagirdimiz etiraf edir ki, özü sərbəst hazırlaşıb. Digər şagirdlərimiz 600 baldan 92, 56, 22 bal toplayıblar”.

Bu barədə millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev “Feysbuk” səhifəsində yazıb.

O, əvvəlcə nəticələrə diqqət çəkib: “Əziz Hüseynov 213, Səid Nəsibov 195 balla bürünc medal qazanıblar. Digər 2 şagirdimiz 195, 174 bal toplayıblar. 2020-ci ildə isə bürünc medalçılarımız 303, 272 və 239 bal toplayıblar.

Qaydalar həm də sadədir. Medallar ümumi iştirakçıların 50 faizinə verilir.

Bu il keçirilən Olimpiadaya yeni qoşulan ölkələr olduğundan bir bürünc medal qazana bilmişik”. Millət vəkili yazır ki, Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat-İnformatika Liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır. “Bu layihəni də puç elədilər. Fuad Qarayev və Muxtar Məmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib?

 

 

Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü.

Ukrayna şagirdləri 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla, 8-ci yeri tutublar.

Gürcüstan 1 gümüş, 2 bürünc;

Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici;

Beləliklə, Azərbaycan 88 ölkə arasında 69-cu yerdə;

İran 9-cu;

Türkiyə 18-ci;

Qazaxstan 23 – cü;

Gürcüstan 33- cü;

Qırğızıstan isə 37-ci yerdə qərarlaşıb.

Bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır”, – Etibar Əliyev vurğulayıb.

Millət vəkili əlavə edib ki, bu gedişlə İnformasiya Texnologiyları sahəsində mütəxəssis hazırlamaqda bədgüman olaraq qalacağıq.

İctimai Şuranın üzvü hesab edir bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar: “Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!”