İngilis donanması HƏRƏKƏTƏ KEÇDİ – La-Manş boğazında GƏRGİNLİKbackend

İngilis donanması HƏRƏKƏTƏ KEÇDİ – La-Manş boğazında GƏRGİNLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə ilə Avropa İttifaqı arasında razılaşma olmadan “Brexit” ehtimalının artması La-Manş boğazında gərginlik yaradıb.

Publika.az xəbər verir ki, “Röyters”in yaydığı məlumata görə, La-Manş boğazında xüsusilə də balıq ovu sahəsində İngiltərə ilə Fransa arasında yanvarın 1-dən başlama ehtimalı olan qarşıdurma səbəbilə rəsmi London ingilis donanmasına hazırlıq göstərişi verib.

İngiltərə baş naziri Boris Consonun təlimatına uyğun olaraq 4 ingilis patrul gəmisi britaniyalı balıqçıları müşayiət edəcək. Gəmilər İngiltərənin müstəsna iqtisadi zonasına daxil olaraq Aİ-ə məxsus balıqçı gəmilərini dayandırmaq, idarə etmək və ələ keçirmək gücünə sahib olacaqlar.

“The Guardian” qəzeti 4 gəmidən ikisinin çalışacağını, digər ikisinin də mümkün müdaxiləyə hazır olacağını qeyd edib.