Britaniyalı qadın insult keçirdikdən sonra oyanıb və italyanca danışıb.
Editor.az Mirror-a istinadla xəbər verir ki, Londondan olan Althea Bryden iddia edir ki, keçirdiyi insult ona heç vaxt İtaliyada olmamış olsa da, italyanca danışmaq bacarığı verib. Britaniyalı qadında xarici aksent sindromu yaranıb, bu, insanın nitqinin sanki başqa ölkədən gəlirmiş kimi səslənməsi ilə müşahidə olunan nadir bir xəstəlikdir.
“İnsultdan sonra mən bir daha heç vaxt danışa bilməyəcəyimi düşünərək üç ay keçirdim. Bunun necə baş verdiyi barədə heç bir fikrim yoxdur, beynim ingiliscə bir sözü italyan sözünə çevirir”,- deyə o bildirib. Brayden əlavə edib ki, həkimlər onun işini tibbi möcüzə hesab ediblər, çünki onların heç biri heç vaxt belə bir şeylə qarşılaşmayıb.
“Mən pozitiv və nikbin olmağa çalışıram, amma bəzən özümü sirk ifaçısı kimi hiss edirəm. Mən hələ də yad ləhcə sindromu olan heç kimlə görüşməmişəm. Bu cür dəstək olmadan çətindir”, – britaniyalı qadın şikayətlənib.
//Gülnarə Abasova, Editor.az