İngiltərə ABŞ-ın Ukrayna ilə bağlı yeni planına reaksiya veribbackend

İngiltərə ABŞ-ın Ukrayna ilə bağlı yeni planına reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsi münaqişənin gedişatını dəyişməyəcək.

Editor.az xəbər verir ki, Britaniyanın keçmiş diplomatı və Mİ6-nın keçmiş əməkdaşı Alastair Crook Judging Freedom YouTube kanalına müsahibəsində bu fikri bölüşüb.

“Əvvəla, yəqin ki, aydın başa düşürlər ki, Rusiya qoşunlarının cəmləşdiyi sərhədin və hərbi postun yerləşdiyi sərhədin bilavasitə yaxınlığında mərmi atəşi bir ildir ki, heç bir nəticəsiz davam edir. Böyük həyəcanla elan edilən bu razılaşma nəticəsini dəyişməyəcək”,-deyə bildirilib.

İyunun 2-də Vaşinqton nümayəndələri ilə 90 dəqiqəlik telefon danışığının Ukrayna siyasətçiləri və rəsmilərinin Rusiya ərazisinə cavab zərbələri endirilməsinə qoyulmuş qadağanın aradan qaldırılmalı olduğuna inandırmaq üçün kifayət etdiyi bildirilir.

Qeyd edək ki, iyunun 1-də “Politico” qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və dövlət katibi Entoni Blinken Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə hücuma icazə verməyə razılaşdırılıb.

//Gülnarə Abasova, Editor.az