İngiltərə baş naziri Qətəri təriflədi: Yeni qalmaqal başladıbackend

İngiltərə baş naziri Qətəri təriflədi: Yeni qalmaqal başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Çempiontının ilk dəfə bir müsəlman ölkəsində keçirilməsi qərarı ilk gündən Qətəri Qərb mətbuatının hədəfinə gətirmişdi.

Editor.az xatırladır ki, xüsusi ilə İngiltərə mətbuatı çempionatın başlamasına aylar qalmış Qətəri sərt şəkildə tənqid etmişdi. Qətərdə insan hüquqları mövzusu və ölmüş işçilər məsələsini gündəmə gətirən ingilislər daha çox çatışmazlıq və nasazlıqların olduğunu iddia edərək aqressiv informasiya siyasəti yürüdürdülər.

Bunun fonunda İngiltərə baş naziri Rişi Sunakın atdığı tvitlər isə İngiltərədə yeni müzakirələrə səbəb olub. Sunak Qətərin təşkilatçılığını alqışlayıb: “İndiyə qədər inanılmaz bir Dünya Kubokuna ev sahibliyi etdiyi üçün Qətər üçün papaq çıxarın. Qrup mərhələləri bütün zamanların ən yaxşılarından biri kimi yadda qalacaq. Hadi, İngiltərə”.

Hazırda Baş nazirin tviti ingilisləri iki yerə bölüb. Baş naziri dəstəkləyənlərlə yanaşı, onun fikirlərinə əks reaksiya verənlər də oldu.

//Samir Qurbanov, Editor.az