İngiltərə çempionatında “Çelsi” “Tottenhem”ə qalib gəldibackend

İngiltərə çempionatında “Çelsi” “Tottenhem”ə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Futbol Çempionatının 22-ci tur oyununda “Çelsi” səfərdə “Tottenhem”i 1:0 hesabı ilə məğlub edib.

Editor.az Trend-ə istinadən bildirir ki, London derbisində penaltidən yeganə qolu 24-cü dəqiqədə Jorjinyo vurub.

“Çelsi” 22 matçda 36 xal yığaraq ölkə premyer liqası cədvəlində altıncı,”Tottenhem” isə turnirdə ardıcıl üçüncü matçını uduzaraq 21 görüşdən 33 topladığı xalla səkkizinci yerdədir.

Növbəti turda fevralın 7-də “Çelsi” səfərdə “Şeffild Yunayted”la oynayacaq, “Tottenhem” həmin gün “Vest Bromviç”i qəbul edəcək.