İngiltərə milli komandasının bir neçə əsas futbolçusu zədə səbəbindən qarşıdakı Millətlər Liqası oyunlarını buraxacaq.
Editor.az xəbər verir ki, Koul Palmer, Deklan Rays, Markus Reşford, Tino Livramento və Kobbi Mainu heyətdən çıxarılıb. Baş məşqçi Tomas Tuxel onların yerinə Ceyms Qarner və Morqan Gibbs-Uaytı dəvət edib.
İngiltərə qarşıdakı görüşlərdə İspaniya, Çexiya və Xorvatiya ilə qarşılaşacaq. Palmer mövsümə yaxşı başlamış və “Çelsi”nin heyətində yeddi oyunda dörd qol və iki məhsuldar ötürmə ilə yadda qalmışdı.
//Samir Qurbanov, Editor.az

