İngiltərə Türkiyə qərarı ilə bağlı ictimaiyyətin rəyini öyrənəcəkbackend

İngiltərə Türkiyə qərarı ilə bağlı ictimaiyyətin rəyini öyrənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə ilə Türkiyə arasında azad ticarət müqaviləsinin (STA) yenilənməsi üçün İngiltərə ictimaiyyətinin rəyinin alınacağı açıqlanıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Ticarət Nazirliyi tərəfindən verilən açıqlamada yeni STA-ya töhfə vermək çağırışı edilib.

Nazirlik Türkiyə ilə STA çərçivəsində razılığa gəlməzdən əvvəl ictimaiyyəti, iş dünyasını, vətəndaş cəmiyyəti və digər aidiyyatı şəxsləri danışıqların iqtisadi, informasiya və sosial aspektləri ilə bağlı fikirlərini bildirməyə çağırıb.

Böyük Britaniyanın İstanbuldakı baş konsulu Kenan Poleo “X” sosial media platformasındakı paylaşımında xatırladıb ki, ölkə və Türkiyə modernləşdirilmiş STA üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Konsul ingilislərin danışıqlardan əvvəl ictimaiyyəti siyahıya salmaq istədiyini qeyd edib.

Qeyd edək ki, dünən başlayan görüş prosesi 2024-cü il yanvarın 5-dək davam edəcək.

//Səbinə Hüseynli, Editor.az