İngiltərə və ABŞ Kabil hava limanında “terror hücumu”  ilə bağlı xəbərdarlıq edibbackend

İngiltərə və ABŞ Kabil hava limanında “terror hücumu” ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Xarici İşlər Nazirliyi vətəndaşlarına “terror hücumu təhlükəsi”  səbəbiylə çərşənbə günü axşam Kabil Hava Limanına getməmələri barədə xəbərdarlıq edib.

Editor.az xəbər verir ki, Əfqanıstanla əlaqədar yeni təhlükəsizlik xəbərdarlığında Dövlət Departamenti bölgədəki hər kəsə “dərhal uzaqlaşıb təhlükəsiz bir bölgəyə köçməyi, növbəti çağırışa qədər orada gözləməyi” tövsiyə edib.

Əfqanıstan xəbərdarlığında hava limanında və ətrafında “yüksək bir terror təhlükəsi” olduğunu bildirib. Əfqanıstanda təxliyə işlərinin 31 avqustda sona çatacağını xatırladan İngiltərə hökuməti indiyə qədər 11 mindən çox insanın təxliyə edildiyini açıqlayıb.

Bu xəbərdarlıqdan bir neçə saat sonra oxşar xəbərdarlıq ABŞ -ın Kabildəki səfirliyindən gəlib. 

ABŞ -ın Kabildəki səfirliyi hava limanından vətəndaşlarının tez ayrılmaları və hava limanına getməyi düşünən vətəndaşlarının oradan uzaqlaşması barədə xəbərdarlıq edib. Hava limanının (Abbey Qapısı, Şərq Qapısı və Şimal Qapısı) qapılarının xaricində təhlükəsizlik təhdidi olduğunu ifadə edən səfirlik amerikalıları bura toplaşmamağa çağırıb.

//Gülnarə Abasova, Editor.az

Loading...