London və Berlin gücləndirilmiş müdafiə əməkdaşlığına dair saziş üzrə danışıqların bu ilin payızında tamamlanacağını gözləyir.
Editor.az bu barədə Böyük Britaniyanın baş naziri Key Starmerin ofisinə istinadən məlumat yayıb.
Ofisin bəyanatında deyilir ki, yeni Böyük Britaniya-Almaniya sazişi Londonun Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq. Razılaşma hazırda iki ölkə arasında müzakirə olunan müdafiə sazişinə əsaslanacaq. Müqavilənin payızda imzalanması gözlənilir.
//Gülnarə Abasova, Editor.az

