İngiltərə xarici işlər naziri: Ruslar yalan danışır, yalan danışır və yalan danışır!backend

İngiltərə xarici işlər naziri: Ruslar yalan danışır, yalan danışır və yalan danışır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanı Ukrayna ilə sülh danışıqlarından qüvvələrini yenidən toplamaq üçün fürsət kimi istifadə etməkdə ittiham edib.

Bu barədə Editor.az “Evropeyskaya pravda”ya istinadən xəbər verir.
Trass bildirib ki, danışıqlar “bir tüstü pərdəsinə” çevrilib və o, Kremlin məqsədlərinə şübhə ilə yanaşır:
“Danışıqlara ciddi yanaşan bir ölkə, dinc əhalini heç bir fərq qoymadan bombalamamalıdır. Biz görürük ki, danışıqlar rus qoşunlarının yenidən qruplaşması üçün məkan yaratmaq cəhdindən başqa bir şey deyildir.

Biz Rusiya tərəfdən qoşunların çıxarılması ilə bağlı hər hansı ciddi hərəkət və ya masada hər hansı ciddi təklif görmürük”, – deyə nazir vurğulayıb.
Trassın sözlərinə görə, “Ruslar yalan danışır, yalan danışır və yalan danışır. Qorxuram ki, danışıqlar diqqəti yayındırmaq və tüstü pərdəsi yaratmaq üçün növbəti cəhddir”.