İngiltərədə ildırım güclü yanğına səbəb oldubackend

İngiltərədə ildırım güclü yanğına səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İldırım zərbəsi İngiltərədəki qida tullantılarının təkrar emalı zavodunda güclü qaz partlayışına səbəb olub.

Editor.az bildirir ki, bu barədə BBC məlumat yayıb. Şahidlər Oksfordun şimalında, Kassinqtonda “Severn Trent Green” elektrik stansiyasında baş verən partlayışdan sonra gecə səmasını işıqlandıran alov topunu görüblər.

Şirkət bioqaz çənlərindən birinin zərbə nəticəsində partladığını bildirib. Xəsarət alan olmadığı, hadisə yerində fövqəladə halların əməkdaşlarının çalışdığı xəbər verilir.

//Samir Qurbanov, Editor.az