İngiltərədə “Nusr-Et”ə etiraz-VİDEObackend

İngiltərədə “Nusr-Et”ə etiraz-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan “Animal Rebellion” təşkilatının üzvləri Londonun mərkəzində yerləşən “Nusr-Et” türk restoranına basqın ediblər. Editor.az xəbər verir ki, dünən yerli vaxtla saat 18.00 radələrində restorana basqın edən qrup üzvləri əvvəlcədən ayrılmış masalara oturaraq restorana etiraz edib. “Nusr-Et”i “korrupsioner sistemin simvolu” olduğu üçün hədəf aldıqlarını bildirən etirazçılar təxminən bir saat sonra işçilər tərəfindən restorandan qovulublar.

Qrupun bəyanatında “bitki əsaslı qida sistemi”nə çağırış edilir: “Bu kimi restoranlar pozulmuş sistemin simvoludur. Hazırda İngiltərədə iki milyon insan qida banklarına ehtiyac duyur. İnflunser aşpazlar isə 1000 funt sterlinqdən baha qiymətə qızıl örtüklü biftek satırlar”.

//Samir Qurbanov, Editor.az