İngiltərədə BAE Systems müdafiə şirkətinin nüvə sualtı qayıqları inşa etdikləri Barrow-in-Furness gəmiqayırma zavodlarında yanğın baş verib.
Editor.az bildirir ki, bu barədə “Reuters” beynəlxalq xəbər agentliyi məlumat yayıb. Məlumata görə, nüvə ilə çirklənmə riskinin olmadığı və iki nəfərin yaralandığı (onlar xəstəxanaya aparılıb) dəqiqləşdirilib.
Sosial şəbəkələrdə hadisə yerindən binadan tüstü çıxdığını əks etdirən fotolar yayımlanıb. Şərhlərdə yanğının tikinti sexində başlandığı qeyd edilir.
//Samir Qurbanov, Editor.az