İngiltərədə son 30 ilin ən yüksək  inflyasiyası yaşanırbackend

İngiltərədə son 30 ilin ən yüksək  inflyasiyası yaşanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamaya görə, ölkədə mart ayında inflyasiya 7 faizə qalxıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu, İngiltərədə son 30 ilin ən yüksək qiymət artımıdır.

Aprelin 1-dən İngiltərədə enerji ödənişlərindəki artım bütün sahələrə öz təsirini göstərib. İnflyasiya insanların yaşayış səviyyəsini də aşağı salır. Belə ki , bu rüb evlərini kirayə verən şəxslərin ödədiyi vergilərdə 2,4-3,7 faiz artım olub. Ən çox bahalaşma isə ərzaqların qiymətində müşahidə olunub.

//Editor.az