İngiltərədə aparılan qazıntılar zamanı iki yeni dinozavr növü kəşf edilib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, fosilləri ölkənin cənubundakı Uayt adasında tapılan nəhəng canlıların bölgədə 125 milyon il əvvəl yaşadığı təxmin edilir.
Paleontoloqlar spinosauridae ailəsindəki hər iki növün 9 metr uzunluğunda və 1 metr kəllə sümüyündə qorxulu bir görünüşə sahib olduqlarını bildirirlər. 50 sümükdən ibarət skeleti çıxarmaq illər çəkdi.

Növün adı” Ceratosuchops inferodios”, “buynuzlu bir cırtdan quş və cəhənnəmdən timsah başı” deməkdir.
Riparvenator milnerae “Milner çay kənarında ovçu” deməkdir. Fosil kolleksiyaçıları iki kəllə tapdıqdan sonra, adadakı dinozavr muzeyi eyni ərazidən böyük bir quyruq fosili çıxarmağı bacarıb. Eyni ailənin başqa bir dinozavrı olan Baryonyx fosilləri 1983 -cü ildə İngiltərədə tapılıb.
//Gülnarə Abasova, Editor.az

