ABŞ-la birlikdə Ukraynaya ən çox silah göndərən ölkələr arasında yer alan İngiltərə “Stormer” zirehli maşınlarından sonra daha bir diqqətçəkən addım atmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, İngiltərənin silahlı qüvvələr naziri Ceyms Heppi bir neçə həftə ərzində Ukraynaya gəmi əleyhinə “Brimstone” raketlərinin göndəriləcəyini açıqlayıb.
Kiyev bir müddətdir uzaqmənzilli raketlər tələb edirdi, İngiltərə də bu tələbdən sonra “Brimstone” göndərmək qərarına gəlib.
İngiltərə Xarici işlər naziri Liz Trass isə deyib ki, ölkəsi və ya digər Qərb dövlətləri Ukraynaya döyüş təyyarələri göndərməlidir.

