İngiltərədən Türkiyə ilə bağlı şok addım – Təzyiq başladıbackend

İngiltərədən Türkiyə ilə bağlı şok addım – Təzyiq başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin “qırmızı xətləri” alyansın Parlament Assambleyasının toplantılarına da damğasını vurub.

NATO PA-nın əvvəlcə ABŞ, sonra isə Litvada keçirilən iclaslarında əsas gündəm mövzusu Türkiyənin Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı yürütdüyü siyasət olub.

İclaslarda iştirak edən türk millət vəkillərinin təəssüratları belə olub:

“Müşahidə etdiyimizə görə, ABŞ və Böyük Britaniya Türkiyənin həssaslıqlarını qarşılamaq üçün həm İsveç, həm də Finlandiyaya təzyiq edir. Türkiyənin tələblərinin haqlı olduğunu bildirdilər. NATO-nun baş katibi də eyni fikirdədir. Xüsusilə Türkiyənin terrorla mübarizəsi çərçivəsindəki tələbləri geniş müzakirə olundu. İsveç və Finlandiya bununla bağlı öz daxili qanunlarında bəzi hüquqi tənzimləmələr etməlidir.

NATO toplantılarında Türkiyənin tələblərinin yerinə yetiriləcəyi təəssüratları yarandı. Türkiyənin etibarlı tərəfdaş olduğu vurğulandı. Xüsusilə Rusiya-Ukrayna böhranı ilə bağlı yürütdüyü siyasət Türkiyənin etibarlı tərəfdaş olduğunu göstərdi. Qərb bu siyasəti yüksək qiymətləndirir. Türkiyəyə güvən bildirildi. Qərb Türkiyənin əhəmiyyətini anlayıb. Rusiya-Ukrayna böhranı səbəbindən boğazların bağlanmasına xüsusi diqqət yetirilib.

Bu müharibə Türkiyənin NATO-dakı önəmini artırıb, Qərb də bunu görür. Türkiyə İsveç və Finlandiya məsələsində istədiyini alsa, böyük qazanc əldə edəcək. Litvada keçirilən görüşdə iki ölkənin parlament başçıları da çıxış edərək, Türkiyənin həssaslığına önəm verdiklərini dedilər.

NATO baş katibinin müavini isə bunu söylədi: “Türkiyənin NATO-da xüsusi mövqeyi var. O, bizim üçün vacib ölkədir”.

Teleqraf.com