İngiltərədən yeni “super variant” xəbərdarlığı: Hər üç nəfərdən biri ölə bilərbackend

İngiltərədən yeni “super variant” xəbərdarlığı: Hər üç nəfərdən biri ölə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupu (SAGE) tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, COVİD-19-un Alfa, Beta, Delta və Gamma kimi daha çox yoluxucu və ölümcül variantları birləşərək “super variant” yarada bilər. Bu variantın yayılması nəticəsində isə hər üç nəfərdən birinin ölə biləcəyi də ehtimal olunur.

Editor.az  xarici mediyaya istinadən xəbər verir ki, İngiltərədə Fövqəladə Hallar üzrə Elmi Məsləhətçi Qrup (SAGE) koronavirusun ortaya çıxa biləcək yeni variantları ilə bağlı yeni bir hesabat dərc edib. “SARS-CoV-2- nin uzunmüddətli dəyişikliyi’ adlı bir araşdırmada mümkün ssenarilər araşdırılarkən ən dəhşətli ssenari Alfa kimi daha yoluxucu və ölümcül bir neçə variantın birləşdirərək ” super variant”ın ortaya çıxa bilməsi olub. (Beta, Delta və Gamma)

Nəşr olunan hesabatda, yeni koronavirus variantının ölüm nisbətinin 35 faiz olduğu MERS qədər ölümcül ola biləcəyi bildirilib. Elm işçiləri daha ölümcül bir variantın olma ehtimalının “real bir ehtimal” olduğunu və İngiltərənin ölüm nisbətinin irəliləməsinə böyük təsir göstərəcəyini söyləyib.

//Gülnarə Abasova, Editor.az