İngiltərənin istehlakçı borcları son beş ilin ən yüksək səviyyəsinə çatıbbackend

İngiltərənin istehlakçı borcları son beş ilin ən yüksək səviyyəsinə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə fevral ayında ümumi istehlak borcu 1,9 milyard lirə ilə son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Editor.az xəbər verir ki, bu barədə İngiltərə Mərkəzi Bankı (BoE) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu ilin fevral ayında istehlakçıların istifadə etdiyi ümumi kreditlər əvvəlki aya görə yüzdə 4,4 artaraq 1,9 milyard lirəyə çatıb.

BoE fevral ayında istehlakçı borclarının 1,5 milyard funt-sterlinqinin kredit kartları, 400 milyon funt-sterlinqinin isə istehlak kreditləri vasitəsilə edildiyini bildirib. Ölkədə fevral ayında təsdiqlənən mənzil kreditlərinin sayı yanvarda 73 min 800-dən 71 minə enib.

Məlumatları dəyərləndirən “Capital Economics”in baş iqtisadçısı Paul Dales fevral ayında ümumi istehlakçı borclanmasının ayda 800 milyon funt- sterlinq gözləntiləri aşdığını və 1,9 milyard sterlinqe çatdığını, buna görə də istehlakçıların kredit kartları ilə borc götürmək məcburiyyətində qaldıqlarını ifadə etdi. Fevral ayında İngiltərədə inflyasiya enerji və ərzaq qiymətlərindəki artım səbəbiylə illik 6,2 ilə son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Yanvarda ölkədə inflyasiya 5,5 faiz artıb. Fevralda İngiltərədə təbii qazın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz, elektrik enerjisinin qiyməti isə təxminən 20 faiz artıb.

//Gülnarə Abasova, Editor.az