Britaniya hökuməti İsrailə bəzi silahların satışını dayandıracağını açıqlayıb. 350 silahın 30-nun ixracı ləğv edilib.
Editor.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant buna reaksiya verib.
İsrailin müdafiə naziri Qallantın X hesabından verdiyi açıqlama belədir: “Britaniya hökumətinin İsrailin müdafiə qurumlarına ixrac lisenziyalarına tətbiq etdiyi sanksiyaları öyrənmək məni çox kədərləndirdi. Bu, 7 müxtəlif cəbhədə vuruşduğumuz bir vaxta təsadüf edir. Bu, 6 girov üçün kədərləndiyimiz və bu 101 girovun evə gətirilməsi üçün mübarizə apardığımız bir vaxtda edilib”.
//Gülnarə Abasova, Editor.az