İniestanın qəlbi iki ölkə üçün atırbackend

İniestanın qəlbi iki ölkə üçün atır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisinin sabiq oyunçusu Andres İniesta bu il Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı zamanı iki milli komandaya azərkeşlik edəcək.

Editor.az “sporx” a istinadən xəbər verir ki, veteran futbolçu ölkəsinin milli komandası ilə yanaşı, Yaponiyaya da azərkeşlik edəcək. Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən İniesta hər iki komandanın əsas rəqibinin Almaniya olduğunu vurğulayıb.

“İspaniya yaxşı komandadır. Yaponiyada da komanda şəklində yaxşı oynamağı bacaran gənclər mövcuddur. Təbii ki, İspaniyanı dəstəkləyirəm. Ancaq Yaponiyanın irəli getməsini istəyirəm”,-deyə İniesta bildirib.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı bu il noyabrın 21-dən start götürəcək. Dekabrın 18-də isə qalibin adı müəyyənləşəcək.

//Editor.az