ABŞ-da 3 pitbull yolda gördükləri kiçik itə hücum edib.
Yenisabah.az xəbər verir ki, pitbulların sahibi olduğu düşünülən şəxs onları əngəlləməyə çalışsa da, bu mümkün olmayıb.
Onlar kiçik iti saniyələr içərisində parçalayıb. Hadisəyə müdaxilə edən polis məmurları dəyənəklərdən istifadə edərək heyvanları dayandıra bilmədikləri üçün onları silahla vurmaq məcburiyyətində qalıb. Polis idarəsindən verilən açıqlamada köpəklərin yalnız insan həyatını qorumaq üçün vurulduğu bildirilib.
Qeyd edək ki, 3 pitbulldan 2-si ölüb, biri isə müalicə altına alınıb.

