İnsan qanında ilk dəfə mikroplastik aşkar edilibbackend

İnsan qanında ilk dəfə mikroplastik aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya alimləri ilk dəfə olaraq insan qanında ölçüsü 5 millimetrdən çox olmayan plastik hissəciklər aşkar ediblər.

Editor.az “BBC Türkçe”yə istinadən xəbər verir ki, Azad Amsterdam Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində 22 nəfərdən 17-sinin qanında mikroplastiklər aşkar edilib.

Plastik hissəciklərin nə qədər zərərli olduğu isə hələ məlum deyil. Hollandiyalı mütəxəssislərin əvvəlki araşdırmaları nəticəsində insanların mikroplastikləri qida və su vasitəsilə qəbul etdikləri məlum idi.

Qeyd edək ki, araşdırmalara əsasən körpələrin nəcisindəki mikroplastik nisbətinin böyüklərdən 10 dəfə çox olduğu müəyyən edilib. Bunun daha çox körpələrin plastik butulkalarla qidalanması ilə bağlı olduğu bildirilib.

//Editor.az