“İnsanları zəhərləməyin” – Sevda Ələkbərzadəbackend

“İnsanları zəhərləməyin” – Sevda Ələkbərzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Sevda Ələkbərzadə bayağı mahnı oxuyanlardan bəhs edib. “Yanar saat”da qonaq olan müğənni bu cür musiqilərin insanların zövqünü korladığını bildirib. Sənətçilərə səslənən Sevda onları səviyyəli mahnı təqdim etməyə çağırıb:

“İnsanların musiqi zövqünü korlamayın. Düşünürəm ki, insanların musiqi zövqünü korlayan, onları zəhərləyən müğənnilər vətənini, xalqını sevə bilməz. Ölkələr sənətçiləri ilə tanınır. İtaliya deyəndə kimləri nəzərdə tuturuq? Rejissorları, filmləri, rəssamları, memarları yada düşür. Bunu bütün ölkələrə aid edirəm. Dövlətlər sənətkarlarına görə sevilir, məşhurlaşır. Bu, vacib məsələdir. Hər bir ifaçı bunlara diqqət etməlidir”.

//Axsam.az