İnsanların gözü qarşısında 14 yaşlı qızı boğub qaçdı – VİDEObackend

İnsanların gözü qarşısında 14 yaşlı qızı boğub qaçdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tver şəhərində qəribə cinayət hadisəsi baş verib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə gündüz saatlarında insanların sıx olduğu ticarət mərkəzinin yaxınlığında baş verib.

Naməlum kişi insanların gözü qarşısında 14 yaşlı qıza hücum edərək onu boğmağa başlayıb. Qızın huşunu itirdiyini görüncə, onun öldüyünü zənn edib. Yeniyetməni asfaltın üstünə ataraq hadisə yerindən qaçıb.

Ətrafdakı insanlar qıza ilkin tibbi yardım göstərib. Qız özünə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsindən verilən məlumata görə, cinayəti törədən şəxsin axtarışı davam edir.