Instagram və Facebook-dan xəbərdarlıq: “Ödənişli olacaq”backend

Instagram və Facebook-dan xəbərdarlıq: “Ödənişli olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meta Verified (Verified account) elan edib ki, Instagram və Facebook istifadəçiləri mavi işarənin yoxlanılması üçün ödəniş edə bilərlər.

Editor.az xarici mediaya istinadən bildirir ki, bunun internet brauzerləri üçün ayda 11,99 dollar, iPhone istifadəçiləri üçün isə 14,99 dollara başa gələcəyi vurğulanıb. Proqram bu həftə Avstraliya və Yeni Zelandiyada satışa çıxarılacaq. Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, proqram sosial media proqramlarında təhlükəsizliyi və orijinallığı artıracaq. Qərar Twitter sahibi İlon Maskın 2022-ci ilin noyabrında premium “Twitter Blue” abunəliyini təqdim etməsindən sonra verilib. Meta-nın ödənişli abunə xidməti hələ bizneslər üçün əlçatan deyil, lakin hər kəs yoxlamaq üçün ödəniş edə bilər.

Meta öz saytında verdiyi açıqlamada abunəliyin ödəniş edən istifadəçilərə mavi nişan, onların yazılarına daha çox görünmə imkanı, surətçilərdən qorunma və müştəri xidmətlərinə daha asan giriş imkanı verəcəyi qeyd edilib.
Şirkət dəyişikliyin əvvəllər təsdiqlənmiş və mavi işarə almış hesablara təsir etməyəcəyini bildirib.

//Safura Bənnayeva, Editor.az