”İnstagram”da paltar sifariş edən şəxs aldadılıbbackend

”İnstagram”da paltar sifariş edən şəxs aldadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə onlayn paltar sifariş edən şəxs aldadılıb.

hadisə paytaxt sakini Kamran Cahangirovun başına gəlib.

Zərərçəkmiş deyir ki, bir ay əvvəl ”İnstagram” sosial şəbəkəsində ”fashionlinebaku” səhifəsində həyat yoldaşı üçün paltar sifariş edib. Səhifəni işlədən şəxslər ondan həmin paltar üçün göndərdikləri hesaba 45 manat ödəməsini tələb ediblər.

Bundan sonra Kamran Cahangirov ”fashionlinebaku” səhifəsini işlədən Mehriban Nəsirovaya zəng vursa da onun telefonu sönülü olub. Sosial şəbəkədə isə onun mesajlarına məhdudiyyət qoyulub.

Zərərçəkmiş deyir ki, hadisə ilə bağlı polisə məlumat verəcək.

Məsələ ilə bağı həmin səhifənin sahibi Mehriban Nəsirova ilə əlaqə saxladıq. Qadın bildirdi ki, paltarın müştəriyə çatmaması anlaşmazlıqdan olub. Həmin şəxsin pulu ona qaytarılacaq.