“İnter” gəlirlərlərində geriləmə baş veribbackend

“İnter” gəlirlərlərində geriləmə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən mövsümün çempionu olan Milanın “İnter” klubu komandasının gəlirlərində geriləmə baş verib. Komandanın 31 dekabr 2021-ci il hesabatına əsasən 130 milyon 200 min avro qazandığı bəlli olub. Editor.az-ın Türkiyənin Fanatik qazetinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azdır.

Xatırlatmaq gərəkdir ki, Milan şəhərinin təmsilçisi 2020-21 mövsümünün ilk yarısında 202 milyon 266 min Avro gəlir əldə etmişdi. “İnter”in 2019-20 mövsümü gəlirlərinin bir hissəsinin 2020-21-ci il büdcəsinə köçürülməsi nəzərə alınsa, sözügedən azalma 33 milyon 990 min avro olaraq qeyd edilib. “İnter” ötən mövsümlə müqayisədə yayım hüququ gəlirlərində 49 milyon 200 min avro azalma yaşanıb. 2020-21 mövsümündə 149 milyon 400 min Avro yayım gəliri əldə edən “İnter”in bu mövsüm yayım gəliri sadəcə 100 milyon 200 min Avro olub. Sponsorluq gəlirləri də regional sponsorluqlardan gələn gəlirlərin azalması səbəbindən 52 milyon 200 min Avrodan 30 milyon Avroya qədər azalıb. Ancaq yeni müqavilələrdən sonra forma sponsorluğundan əldə edilən gəlir 5 milyon 200 min avrodan 12 milyon 300 min avroya yüksəlib.

//Editor.az