backend

“İnter” – “Mladost” oyununun biletləri satışda – QİYMƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 6-da, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək “İnter” – “Mladost” (Serbiya) oyununa biletin qiyməti açıqlanıb.
Bütün sektorlara biletlərin qiyməti 2 manatdır.
Bilet əldə etmək istəyənlər saat 09:00-dan 18:00-dək biletləri “İnter Arena” və “Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrinə yaxınlaşaraq əldə edə bilər.
Matçı ukraynalı hakimlər idarə edəcəklər.
Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.
///Trend