3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru oradakı ərzaqları şəxsi maşınına yüklətdirir.
bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb.
İddia edilib ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxardır.
Oxu.az

