“20 il sonra oğlum oldu, onun da başına bu oyunu açdılar”.
Bu sözləri APA TV-ə açıqlaması zamanı “International Medical Centre 2” klinikasında uşaq dünyaya gətirən Əliyeva Vəfa deyib.
O bildirib ki, övladını xəstəxanada dəyişiblər, xəstəxanadan çıxarkən ona ölü doğulmuş uşaq veriblər.
“Uşaq doğulandan onu təkcə mən görmüşəm. Ona görə də ancaq mən tanıyıram onu. Mən uşağımı sonuncu dəfə görmək istəyəndə mənə başqa uşaq verdilər ki, budur. Amma mənim uşağım deyildi o”, – qadın bildirib.
Şikayətçi bildirib ki, uşağı ona demədən başqa xəstəxanaya göndəriblər.
Daha ətraflı APA TV-nin süjetində: