İordaniyada xlor qazı ilə yüklənmiş konteyner kranının qopması nəticəsində partlayıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra 199 nəfər zəhərlənib və onlardan çoxunun vəziyyəti ağırdır. 11 nəfər isə qəza nəticəsində həyatını itirib. Turizm bölgəsi olan Akabe şəhərində insanların çimərliyə getməsi qadağan edilib.
Qeyd edək ki, xlor qazı məişət təmizləyici məhsullarda və bəzi sənaye sahələrində istifadə olunur.
//Nəzərbəy Hacıağayev, Editor.az

