iPhone 16 Pro və Pro Max-ın yeni rəngi məlum olubbackend

iPhone 16 Pro və Pro Max-ın yeni rəngi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apple-ın iPhone 16 Pro və Pro Max modelləri yalnız kamera və ekran kimi dəyişiklikləri ilə gəlməyəcək. Bu dəfə Apple daha çox rəng istəyənlər üçün yeni bir seçim əlavə edib.

iPhone 16 seriyasının gözlənilən təqdimatına cəmi bir neçə ay qalıb. Apple-ın son model iPhone-u ilə bağlı sızan məlumatlara yenisi əlavə edilib. Bu dəfə telefonun yeni rəng variantı açıqlanıb.

Editor.az 9to5Mac-a istinadən xəbər verir ki, Apple iPhone 16 Pro və Pro Max modellərinə yeni Rose (gül) seçimi əlavə edəcək.
Bu məlumat Ming-Chi Kuo və başqa bir Weibo postunun əvvəlki hesabatlarını təsdiqləyir.

Bu yeni hesabatda təkcə iPhone 16 Pro-nun qızılgül rəngində olacağı qeyd olunmur.  Bu, həm də vacib bir detalı aydınlaşdırır: bu yeni qızılgül rəngi iPhone 6s-in təklif etdiyi kimi “Rose Gold” ilə gəlməyəcək.

//Samir Qurbanov, Editor.az