İqlim dəyişikliyi: 5 il ərzində 43 milyon uşaq miqrasiya edibbackend

İqlim dəyişikliyi: 5 il ərzində 43 milyon uşaq miqrasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-2021-ci illər arasında 44 ölkədən təxminən 43,1 milyon uşaq iqlim dəyişikliyinin yaratdığı hava səbəbindən evlərini tərk edib.

Editor.az bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına istinadla xəbər verir.

Məlumata görə, daşqınlar, qasırğalar, quraqlıq və meşə yanğınları sözügedən beş il ərzində on milyonlarla uşağın evlərini tərk etməsinə səbəb olan əsas fəlakətlər olub.

“Dəyişən İqlimdə Köçkün Olunmuş Uşaqlar” adlı hesabatı yazan UNICEF rəsmilərindən biri Laura Healy açıqlanan rəqəmə görə, dünyada hər gün təxminən 20 min uşağın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Healy bu rəqəmin sadəcə “aysberqin görünən hissəsi” olduğunu və real rəqəmin böyük ehtimalla daha çox olacağını bildirib.

Laura Healy quraqlıq səbəbiylə köç etmək məcburiyyətində qalan uşaqlar sayı barədə radikal şəkildə az məlumat verildiyini və bunun quraqlığın daha uzun sürən bir proses olduğu üçün baş tutduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az