İqlim dəyişikliyi və münaqişələr dünyanın ən ölümcül yoluxucu xəstəliklərindən üçü olan QİÇS, vərəm və malyariya ilə mübarizəni çətinləşdirir.
Editor.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir. Fondun 2023-cü il yekun hesabatına əsasən, xəstəliklərə nəzarət üzrə beynəlxalq təşəbbüslər, əsasən, COVID-19 pandemiyasının ağır təsirindən xilas olub. Lakin iqlim dəyişikliyi və münaqişənin artan çağırışları o deməkdir ki, dünyanın 2030-cu ilə qədər QİÇS, vərəm və malyariyaya son qoymaq hədəfi fövqəladə tədbirlər görmədən əldən gedəcək.
//Gülnarə Abasova, Editor.az