Biz iqlim dəyişikliyinin mənfi nəticələrinin dərindən hiss olunduğu ölkələr sırasındayıq.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, 2053-cü il hamımızın sıfır karbon emissiyasına çatacağımız bir il olacaq və bunun mümkün olması üçün biz yaşıl transformasiya və inkişaf üçün əsas sektorlarımızı formalaşdırırıq.