İqor Belanov cəbhədəbackend

İqor Belanov cəbhədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur ukraynalı futbolçu, 1986-cı ildə “Qızıl top”un qalibi, 61 yaşlı İqor Belanov əlinə silah alaraq Ukrayna müdafiəçilərinə qoşulub.

Bu barədə Editor.az Football 24-ə istinadən xəbər verir. Belanovun özü hələ mart ayında Ukrayna hərbçiləri ilə görüşü barədə yazmışdı: “Heyrətamiz cəsarət və tükənməz döyüş ruhu – Bizim Ukrayna döyüşçülərini xarakterizə edən əsas amillər bunlardır və onlar bundan daha artığına layiqdirlər. Biz sizinləyik! “. Odessadan olan Belanov, müharibənin əvvəlindən Ukrayna hərbçilərinə fəal kömək edərək aydın vətənpərvərlik mövqeyini ortaya qoyub. İndi isə özü də əlinə silah alıb yerli ərazi müdafiə batalyonunun tərkibinə qatılıb.

Editor.az