İqor Kolomoyski və Arsen Avakov Rusiyanın “terrorçular və ekstremistlər” reyestrinə daxil edilibbackend

İqor Kolomoyski və Arsen Avakov Rusiyanın “terrorçular və ekstremistlər” reyestrinə daxil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı oliqarx İqor Kolomoyski və Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov Rusiya Federasiyasının “terrorçular və ekstremistlər” reyestrinə daxil edilib.

Editor.az “İnterfaks”a istinadən bildirir ki, Kolomoyski və Avakovla bağlı “ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirak” haqqında məlumat var. Rusiyanın reyestrinə Ukraynanın keçmiş xalq deputatı Oleq Lyaşko, “Aydar” batalyonunun keçmiş komandiri Sergey Melniçuk və “Azov” alayının yaradıcısı Andrey Biletski də daxil edilib.

Qeyd edək ki, Rusiya reyestrinə daxil olmaq Rusiya Federasiyasının banklarındakı hesabların dondurulmasına gətirib çıxarır.

/Samir Qurbanov, Editor.az