İqor Korotçenko: Dünya dəyişsə də, Azərbaycan-Rusiya münasibətləri dəyişməz olaraq qalırbackend

İqor Korotçenko: Dünya dəyişsə də, Azərbaycan-Rusiya münasibətləri dəyişməz olaraq qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasının birinci ildönümü tərəflər üçün ən yüksək səviyyədə öz planlarını bir daha yoxlamaq, əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələlərini müzakirə etmək və irəliləyiş planını müəyyən etmək üçün yaxşı fürsətdir.

Editor.az bildirir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko deyib. Politoloq vurğulayıb ki, “bu gün dünya hərbi-siyasi təlatüm şəraitində olsa da, sözün əsl mənasında hər şeyin dəyişdiyi bir vaxtda Moskva ilə Bakı arasında dostluq və müttəfiqlik münasibətləri dəyişməz olaraq qalır.

Lavrovun səfəri də bunu nümayiş etdirir. Mən Azərbaycan prezidenti İlham Əliyevin çıxışına diqqətlə baxdım və o, bizim münasibətlərimizdə zəruri olan əsas şeyləri aydın və ardıcıl şəkildə formalaşdığını aydın və ardıcıl şəkildə qeyd etdi”, – ekspert burğulayıb.

  //Samir Qurbanov, Editor.az