İqor Tudor “Marsel”in baş məşqçisi oldubackend

İqor Tudor “Marsel”in baş məşqçisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorxe Sampaoli ilə yollarını ayıran Fransanın “Marsel” klubu yeni baş məşqçisi ilə razılığa gəlib. Editor.az “Sporx” a istinadən xəbər verir ki, Fransa klubu İqor Tudorla razılığa gəlib. Klubdan verilən açıqlamaya görə, xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Məsələ ilə bağlı klubun rəhbəri Frank Mak Kort açıqlama verib:

“Hesab edirəm ki, ehtiyacımız olanı Tudorda tapdıq və onu klubumuzda görməkdən xoşbəxtik. Tudor həm futbolçu, həm də məşqçi karyerası zamanı döyüşçü əzminə malik olub. O, cəsur xarakteri ilə meydan oxumaqdan çəkinməyən qətiyyətli bir liderdir”, -deyə klub rəhbəri bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az