İqtisadçı-ekspert: Xeyli insan müxtəlif səbəblərdən dövlət yardımından məhrum oldularbackend

İqtisadçı-ekspert: Xeyli insan müxtəlif səbəblərdən dövlət yardımından məhrum oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərt karantin rejimi tətbiq edilmiş başqa ölkələrin təcrübəsində fərdlərə, ailələrə yönəlik maddi təminatlar mövcuddur. Çox təəssüf edirəm ki, Azərbaycanda ilk aylarda bunun tətbiqi ilə bağlı bir çox narazılıqlar ortaya çıxdı”.
Bu sözləri Editor.az -a açıqlamasında sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib.

Ekspert qeyd edib ki, həm işsizlərin müəyyən edilməsi, həmdə statistikada düzgün məlumatların olmamaması ilə bağlı ölkə başçısı bir sıra iradlar tutdu.
N.Bəydəmirli bildirib ki, ölkə ərazisində mövcud olan sərt karantin rejimi ilə bağlı İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə sahibkarlara dəstək proqramı hazırlanıb. Bunun üçün təxminən 2 milyard manatdan yuxarı vəsait nəzərdə tutulub. Lakin bir çox sahibkarlar bu yardımdan yararlana bilmir : “Azərbaycanda ənənəvi olaraq kölgə iqtisadiyyatı yüksəkdir və karantin rejimi ilə əlaqədar iş yerlərini bağlamaq məcburiyyətində qalmış kiçik sahibkarların əksəriyyəti qeydiyyatda deyil. Bu mənada tez bir zamanda onları əvvəlki illərdə ödənilən vergiyə calamaq, onla mütənasib olaraq yardım etmək mənim fikrimcə yanlış idi. Bununla bağlı hesab edirəm ki, belə sahibkarların faktiki fəaliyyətləri qeydə alınmalıdır. Nəzərə alınmalıdır ki, mikrosahibkarların əksəriyyəti məcburi köçkünlükdən gəlmiş insanlardır və bir çoxları qayda-qanunları tam bilmirlər”.

Eyni zamanda ekspert qeyd edir ki, Sosial Müdafiə Nazirliyi də öz işinin öhdəsindən tam gələ bilmir: ”190 manat birdəfəlik ödəmənin verilməsi zamanı bir çox suallar ortaya çıxır. Hal- hazırda bu yardımın verilməsi zamanı aprel -may ayında qeydə alınmış şəxslər nəzərdə tutulub. Düşünülməlidir ki, əksər insan yeni iş yeri ilə təmin olunub və ya bəziləri işsiz qalıb.”
Keçmiş millət vəkilinin sözlərinə görə, bu hədəflərə tam çatılmadı: “Nəticə etibarilə, bir çox insan müxtəlif obyektiv və subyektiv səbəblərdən dövlət yardımından məhrum oldular. Müxtəlif nazirliklər arasında koordinasiyanın yaxşı olmaması, ölkədə kölgə iqtisadiyyatının yüksək olması, qısa müddətdə bunların real iqdisadiyyata inteqrasiya olunması çox çətin olduğundan hökumət bu məsələri tam əhatə edə bilmədi və bu gün də edə bilmir.
Son olaraq, Azərbaycan əhalisinin çox hissəsi pandemiya ilə baş-başa buraxılıb. Lakin əhalinin dövlətin sosial və iqtisadi blokundan daha çox gözləntiləri olsa da, müharibənin yeni sona çatması ilə əlaqədar vətəndaşlar anlayış göstərdilər və bu millik birlik baxımından önəmlidir. ”

Gülnarə Abbasova, Editor.az