İqtisadçı olma xəyalları yarım qaldı: 10-cu sinif şagirdi vəfat etdibackend

İqtisadçı olma xəyalları yarım qaldı: 10-cu sinif şagirdi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib.

Bu barədə Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbi sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, məktəbin 10-cu sinif şagirdi İba Zahid oğlu Həmzəyev bu gün dünyasını dəyişib.

Qeyd edilib ki, mərhum şagird sağalmaz xəstəlikdən əziyyət çəkirmiş.

“İqtisadçi olmaq, özünün xeyriyyə idarəsini qurub ehtiyacı olanlara, kimsəsizlərə kömək etmək istəyirdi. Əlindən gələn qədər deyil, daha artıq çalışıb daha çox kömək etmək fikrində idi”, – deyə paylaşımda qeyd edilib.

Adı çəkilən məktəb Biləsuvar rayonunda yerləşən köçkün şəhərciyində fəaliyyət göstərir.

Oxu.az