İqtisadçılar Baydenə Əfqanıstanla bağlı çağırış edibbackend

İqtisadçılar Baydenə Əfqanıstanla bağlı çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban ölkənin idarəçiliyini ələ keçirdikdən sonra Əfqanıstana beynəlxalq yardım başa çatıb. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və ABŞ Mərkəzi Bankı da Əfqanıstanın beynəlxalq fondlara çıxışını kəsib və ABŞ 17 avqust 2021-ci ildə Əfqanıstan Mərkəzi Bankında 10 milyard dollarlıq ehtiyatı dondurub. Bu hadisələr ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə davam edən yoxsulluq və iqtisadi çətinliklər hələ də əfqan xalqının həyatına mənfi təsir göstərməkdə davam edir. ABŞ, İngiltərə, Almaniya və Hindistandan olan iqtisadçılar Baydenə göndərdikləri məktubda Əfqanıstanın Mərkəzi Bankından dondurulmuş 9 milyard dolların azad edilməsinin Əfqanıstan iqtisadiyyatının işləməsi üçün zəruri olduğunu iddia ediblər.

Məktubda deyilir: “Əfqanıstan xalqı seçmədiyi bir hökumətdən əziyyət çəkir. Biz sizi humanitar böhranı yüngülləşdirmək və Əfqanıstan iqtisadiyyatını bərpa yoluna çıxarmaq üçün Əfqanıstan QMİ-yə beynəlxalq ehtiyatlarına çıxış imkanı verməyə çağırırıq”. 71 iqtisadçının imzaladığı məktub ABŞ-ın maliyyə naziri Canet Yellen-ə də göndərilib.

//Gülnarə Abasova, Editor.az