İqtisadçılar dolların ilin sonuna kimi zəifləyəcəyini proqnozlaşdırırlarbackend

İqtisadçılar dolların ilin sonuna kimi zəifləyəcəyini proqnozlaşdırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin sonuna kimi dolların qiyməti 80 rubla qədər düşə bilər.

Editor.az bu barədə iqtisadçı BitRiver-in kommunikasiyalar üzrə direktoru Andrey Lobodaya istinadən xəbər verir. Onun sözlərinə görə, valyuta gəlirlərinin məcburi satışı və əsas məzənnənin 15%-ə yüksəldilməsi ABŞ dollarının 100 rubldan 88 rubla düşməsinə kömək edib.

Həmçinin ÜDM artımıhər il 5,5% artıb. Bundan əlavə, doqquz ayda sənaye istehsalı 3,3 faiz, əhalinin real gəlirləri 5,3 faiz artmış, işsizlik əmək qabiliyyətli əhalinin cəmi 3 faizini təşkil edib.

Qərb ekspertləri yaza qədər bir dolların məzənnəsinin 80 rubl olacağını gözləyirlər. Loboda hesab edir ki, dollar üçün 85-95 rubl dəhlizi ən azı 2024-cü ilin martında məcburi gəlir satışı ləğv olunana qədər davam edəcək.

//Gülnarə Abasova, Editor.az