İrakli Kobaxidze Əli Əsədovu Gürsüstana rəsmi səfərə dəvət edibbackend

İrakli Kobaxidze Əli Əsədovu Gürsüstana rəsmi səfərə dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana rəsmi səfərə gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze həmkarı Əli Əsədovla görüşüb.

Tərəflər strateji əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, birgə regional layihələr, Orta Dəhlizin inkişafı, o cümlədən yükdaşımalar və Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının növbəti iclasının tarixi kimi mövzular ətrafında müzakirə aparıblar.

İ.Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə səylərini davam etməyə hazır olduğunu təsdiqləyib.

O, həmçinin, Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib.