İrakli Qaribaşvili Avropa İttifaqı liderlərinə məktub yazıbbackend

İrakli Qaribaşvili Avropa İttifaqı liderlərinə məktub yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri bu həftə Avropa İttifaqı ölkələrinin liderlərinin respublikaya namizəd statusunun verilməsi ilə bağlı qərarın açıqlanacağını gözləyir.

Editor.az bildirir ki, bu barədə İrakli Qaribaşvili Aİ liderlərinə məktubunda yazıb. “Ölkəmiz və mənim hökumətim bu həftə Avropa liderlərindən Gürcüstanın gələcəyini Avropa demokratiyası ailəsi ilə möhkəm bağlayacaq strateji və perspektivli qərar gözləyir”, – hökumət başçısı bildirib.

O, namizəd statusunun verilməsinin Gürcüstanda uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcəyini vurğulayıb. Bundan əlavə, Qaribaşvili qeyd edib ki, Aİ-yə üzvlük respublikanın üzərinə uzunmüddətli öhdəliklər qoyur. “Mənim hökumətim tam səfərbərdir və Avropa İttifaqına daxil olmaq yolunda zəruri islahatların davam etdirilməsinə və həyata keçirilməsinin sürətləndirilməsinə sadiqdir”, – Gürcüstanın baş naziri qeyd edib.

//Samir Qurbanov, Editor.az