Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.
O, mətbuatda yayılan məlumatları müxalifət spekulyasiyası adlandırıb. Siyasətçi bildirib ki, gələcəkdə özünü özəl sektorda görür və iqtisadi məsələlərlə məşğul ola bilər. “Bu gün sizə siyasətdən getmək qərarım barədə məlumat vermək istəyirəm: “Son bir neçə həftə ərzində mənim gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar səngimir və buna görə də mən özümü cəmiyyət qarşısında mövcud suallara hərtərəfli cavab verməyə borclu hesab edirəm”, – deyə Qaribaşvili bildirib.
O, qərarını partiyada ona tapşırılan missiyanı artıq yerinə yetirməsi ilə izah edib. Onun sözlərinə görə, artıq siyasətdə qalmağa ehtiyac görmür. İrakli Qaribaşvili qeyd edib ki, o, “ölkəsinə fərqli mövqedən xidmət etməyə” davam edəcək.
Gürcüstan müxalifətinə mümkün keçidlə bağlı suala o, “belə bir şeyin nəzərdən keçirilmədiyini” bildirib. “Bu, ayrı-ayrı şəxslər tərəfindən yayılan sırf fərziyyə və dezinformasiyadır” deyə siyasətçi izah edib.
//Samir Qurbanov, Editor.az