İrakli Qaribaşvili xalqı “Azadlıq” meydanına dəvət etdibackend

İrakli Qaribaşvili xalqı “Azadlıq” meydanına dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan paytaxtı cümə günü axşam ölkənin Avropa İttifaqına üzvlüyünü qeyd edəcək. “Hər kəsi sabah, dekabrın 15-də saat 17:00-da ölkəmizin və xalqımızın bu tarixi qələbəsini birlikdə qeyd etmək üçün “Azadlıq” meydanına dəvət etmək istərdim.

Sabah ümumi milli bayram və ümumi qələbə günü olmalıdır”.

Editor.az bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. Gürcüstanın baş naziri ölkənin Aİ-yə namizəd statusu alması ilə bağlı videomüraciətində bildirib ki, bu gündən, dekabrın 14-dən Gürcüstan Avropa dövləti sayıla bilər.

Avropa İttifaqının Gürcüstana namizəd statusu verilməsi barədə qərar verməsi faktı daha əvvəl dekabrın 14-də məlum olub. İl yarım əvvəl Gürcüstan Aİ-dən imtina alıb, bundan sonra o, Avropanın 12 şərtini yerinə yetirməyi öhdəsinə götürüb. Bu ilin noyabrında Aİ Gürcüstanın bütün bəndləri yerinə yetirdiyi barədə qərar qəbul edib və bu gün namizəd statusu verilib.

//Samir Qurbanov, Editor.az