İrakli Qaribaşvilinin həbsi İrakli Kobaxidzeni kədərləndiribbackend

İrakli Qaribaşvilinin həbsi İrakli Kobaxidzeni kədərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sələfi İrakli Qaribaşvilinin həbsindən kədərlənir.

Lakin hökumət başçısı bunun məhkəmə sisteminin məsələsi olduğunu əsas gətirərək əlavə şərh verməkdən imtina edib: “Deyə biləcəyim tək şey odur ki, bir insan olaraq mənim üçün bu, çox kədərlidir.

Bu məsələ ilə bağlı daha çox şərh verə bilmərəm… Bütün bunlar məhkəmə sisteminin məsələsidir. Baş verənlər bizim üçün kədərlidir.” – İrakli Kobaxidze deyib.
Qeyd edək ki, bazar ertəsi günü keçmiş Baş nazir İrakli Qaribaşvilinin günahını boynuna aldığı açıqlanıb. O, növbəti beş ilini həbsxanada keçirəcək.

//Samir Qurbanov, Editor.az